top of page

Ermənilər yaralı əsirlərə işgəncələr veriblər


Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”.


“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib.

O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm ki, ermənilər televizorda bizim parada baxırlar. Ermənilər isə Paşinyan, Paşinyan qışqırırdılar. Fikirləşdim ki, Ordumuz qələbə çalıb ki, bu cür hallar baş verir. Bir daha Ali Baş Komandana Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”.

“Əsirlikdə olan zaman işgəncələrə məruz qaldım. Elektrik cərəyanına verirdilər və s. işgəncələr edirdilər. Vətənə qayıdan zaman ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, torpaqlarımızı öpərdim”, – bu sözləri isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Kərimov Bayram Yaşar oğlu deyib.

O bildirib ki, Vətənə, yaxınlarının yanına döndüyü üçün Ali Baş Komandana minnətdarlığını bildirir: “Məhz onun sayəsində Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.

“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr verirdilər ki, niyə bizdən qorxmursunuz?” – bu sözləri erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Soruşdum ki, necə? Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub, üstümə gəlirdi. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq”, – deyə o əlavə edib.

“Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yandırdılar, işgəncə verirdilər”, – bunu isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar Hidayət oğlu deyib.

“12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm”, – deyə o qeyd edib.

Comments


bottom of page