Ermənilərin Naxçıvanda təxribatının qarşısı alınıb


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Azadpress.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətindən qeyd olunub ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.

"Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görür", - nazirlikdən bildirilib.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.