Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı puç oldu


Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb. 

Bu barədə virtualaz.org Azərbaycanın  Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.


Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

İclasda Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan gözlənilədən gündəliyə Fondun idarə heyətinin sədrinin vaxtından əvvəl dəyişdirilməsi təklifini irəli sürüb. Lakin bu məsələ iclas iştirakçıları tərəfinən mənfi qarşılanıb. Polad Bülbüloğlu isə daxili qaydalara əsasən Ara Xzmalyanın təklifini qəbul edərək onu səsverməyə çıxarıb. Səsvermə nəticəsində Ermənistan nümayəndəsinin təklifi qəbul edilməyib, 9 MDB ölkəsinin 8-inin nümayəndəsi nazirlər səviyyəsində Ermənistan nümayəndəsinin təklifinin əleyhinə səs verib, Azərbaycan nümayəndəsinin xidmətlərini qeyd ediblər. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.