Ermənipərəst jurnalist Semyon Peqov sərbəst buraxıldı


War Gonzo kanalının aparıcısı Semyon Peqov və jurnalist həmkarları sərbəst buraxılıb.

Azadpress.az TASS-a istinadən xəbər verir ki, rusiyalı jurnalist Minskdəki təcridxanadan azad olunub. Onu Rusiya səfirliyinin əməkdaşları müşayət edib. Hazırda Peqov Belarusdadır və onun Rusiyaya nə zaman dönəcəyi məlum deyil.


Qeyd edək ki, War Gonzo kanalının aparıcısı Semyon Peqov müxalifətin yürüşü zamanı Belarus çevik qüvvələri tərəfindən tutulmuşdu.

Semyon Peqov iyul ayında Ermənistanın Tavuş bölgəsində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları Azərbaycan əleyhinə yalan məlumatlarla işıqlandırmışdı. Peqov iddia edirdi ki, ermənilər Azərbaycan ərazisindəki yüksəkliləri ələ keçirib. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.