Ermənistanın PUA-ları Tovuz üzərində gərginlik yaradır


Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.