Ermənistan Gəncəyə yenə raket atdı: 12 ölüm, 40-dan çox yaralı


Azadpress.az xəbər verir ki, Ermənistan Gəncə və Mingəçevir istiqamətinə raketlər atıb.

Öncə yerli sakinlər, daha sonra isə rəsmi qaynaqlr məlumatı təsdiqləyiblər. Ehtimal olunur ki, atılan 3 raketdən biri Gəncənin "Tekstilni" deyilən səmtinə düşüb.

Goranboy - Mingəçevir istiqamətindən də partlayış səsləri gəlib.

Gəncədəki jurnalistlər raketin düşdüyü yerə gediblər. Orada dağıntə və yaralıar var.

Bombalardan biri 29 nömrəli məktəbin yanına düşüb.

Hazırda orada xilasetmə işləri görülür.

****

Atəş nəticəsində bir sıra yaşayış binaları dağılıb. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hazırda xilasetmə işləri davam etdirilir.

****

Son məlumata görə, evlər dağıdılıb, ölənlər və yaralananlar var. ****

02:47

Gəncənin son bombalanmasında 5 nəfər öldü - ikisi uşaq!!! (RƏSMİ) “Ermənistanın Gəncəyə raket hücumları nəticəsində 35 mülki şəxs yaralanıb, 5 mülki şəxs həlak olub. Ölənlər arasında 2 uşaq var. Xilasetmə, təcili yardım işləri davam edir. Ermənistanın terroru və müharibə cinayətləri davam edir”. Azadpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

02:52 Prezidentin köməkçisi: “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb” “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”. Azadpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

03:33 Hikmət Hacıyev daha bir mülki şəxsin öldüyünü açıqlayıb. Azadpress.az xəbər verir ki, bununla da ölənlərin sayı 6 nəfərə çatıb. ****  Son məlumatlara görə, Ermənistanın növbəti dəfə Gəncəni bombardıman etməsi nəticəsində həlak olan soydaşlarımızın sayı 12-ə yüksəlib. Yaralı sayı isə 40 nəfərdən çoxdur. 

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.