top of page

Ermənistan hərbçiləri maşında diri-diri yandılar


Ermənistan -Qarabağ yolunda avtomobildə baş vermiş yanğıт zamanı ölən və ağır yaralananlar Vazqen Sarkisyan adına hərbi universitetin zabitləridir.

"Təmas xətti" blogunun yaydığı məlumata görə,Şuşaya gələn hərbçilər naməlum kamikadze dronla zərərsizləşidirliblər. Hadisə Yerevan-Laçın yolunda baş verib.


AZƏRTAC isə Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Eçmiədzində “Mazda” markalı avtomobildə yanğın baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Ölən şəxs - 57 yaşlı polkovnik-leytenant Hovik Kosakyan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan hərbi universitetində artilleriya fakültəsinin baş müəllimi, yaralılar isə həmin universitetin müəllimləri 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, ehtiyatda olan polkovnik 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Qevorq Harutyunyandır.

Yanğın söndürüldükdən sonra polkovnik-leytenant Hovik Kosakyanın yanmış cəsədi avtomobildən tapılıb. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page