top of page

Ermənilər Kiyevdə soydaşlarımıza güllə atıb


Ukrayna paytaxtında ötən gün gecə 4 azərbaycanlı tələbəyə atəş açılıb və nəticədə onlardan ikisi yaralanıb.

Azadpress.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat yayıb.

“Bizə məlumat daxil olduqdan sonra mən və diasporun rəhbər üzvləri hadisə yerinə gəldik. Bizim tələbələr evə qayıdanda erməni nömrəsi olan avtomobili binanın həyətində görüblər. Azərbaycanlıların ona diqqət yetirdiyini görən avtomobil sahibi onlarla mübahisəyə girib. Bundan sonra ona daha bir erməni qoşulub. Onlardan birində tapança olub və o, atəş açıb. Bundan sonra ermənilər hadisə yerindən qaçıblar. Biz səhər beşə qədər hadisə yerində qaldıq. Yaralıları xəstəxanaya yerləşdirdik. Hazırda polis hadisəni törədənləri axtarır”, – deyə o bildirib.

bottom of page