top of page

"Full" içkisini reklam edən gənc xalqı qıcıqlandırıb


Sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etdiyi əksini tapıb. Həmin gənc xüsusi qıcıqlandırıc tərzdə aldğı 190 manat sosial yardımı qarpıza verib, onu puç etdiyini nümayiş etdirib. Belə harınlmış addım cəmiyyətdə qıcıq yaradıb. Sosial vəziyyəti yüksək olmayan şəxslərə sataşmaq kimi dəyərləndirilib.


Azadpress.az araşdırmasına görə, Zevs ləqəbli Ruslan Quliyevin "Full" energetik içkisinin reklamnı(Product Placement) mütamadi olaraq sosial şəbəklərdə həyata keçirdiyi məlum olub. Qarpız doğrama videosunda da Ruslan Quliyev "Full" içkisinin "Full yaşa" yazılı tanıdım logolu köynəyində olub.

Azadpress.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məsələyə münasibət bildirib. 

"R.Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir". Azadpress.az

bottom of page