Gürcüstanda ermənilərlə kütləvi dava-Ölən var


Gürcüstanda ermənilərin yaşadıqları Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Azadpress.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup şəxs Axalkalakidə yerləşən üç ev və bir mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu deyilir.

İğtişaşlar zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub.Axalkalakidə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.