top of page

"Gizlin videolarla" cəmiyyətimizdə narazılıq yaradan xarici düşmənlər


Müharibədən uduzan tərəf kimi çıxan dövlətdə həmişə siyasi, ictimai, iqtisadi xaos olur. Güclü rəhbər, siyasi iradə xalq və hakimiyyət birliyi olan dövlətlərdə bu xaos az bir zaman sürür. Amma bu dediklərim çox nadir hallarda baş verir. Çünki müharibəni uduzan iqtidar, müxalifətə hesabat verə bilmir. Bu vəziyyətdən istifadə edən müxalifət, tam gücü ilə və əlinə düşən fürsəti dəyərləndirmək üçün nüfuzdan düşən iqtidara zərbə endirmək naminə tərəfdarları küçəyə çağırır. Bu halda müharibədə əzizini itirən insanlarda hakimiyyətə əks addım atırlar. Bu an isə iqtidar yalan vədlər verməyə, aktiv müxalifətçiləri kütləvi həbs etməyə başlayır. Bir sözlə tam siyasi, ictimai xaos yaranır. Bu da dövlətin süqutuna aparır. Eyni ilə hal hazırda Ermənistanın düşdüyü vəziyyət kimi.


İndi isə gələk qalib tərəfə. Qalib olmaq birləşmək, qürurlu olmaq, ən ali hisslərə sahib olmaq deməkdir. Bu halda xalq, hakimiyyət birliyi yaranır. Cəmiyyətin iqtidara inamı daha da artır. Bəzi passiv müxalif fikirli insanlar iqtidarı dəstəkləməyə başlayır. Təbii ki, bu proses dost üçün xoş, düşmən üçün naxoşdur. Dostların artır çünki hamı güclünün yanında olmaq istəyir. Amma qalibin dostları artdığı kimi, düşmənləridə artır bəziləri açıq formada, bəziləri isə gizli. Bu düşmənlər hər bir vəchlə qalib ölkənin qalibiyyətinə kölgə salmaq üçün, ölkədə süni xaos yaratmaq üçün əlindən gələni edir. Birdə bunu qeyd edim ki, düşmənin səni səndən yaxşı tanıyır. Məsələn, düşmən bilir ki, bu xalq nəyə dəyər verir, hansı adət ənənəyə sahibdir, bir sözlə süni xaosa yol aça biləcək bütün yolları bilir. Və əlindən nə gəlirsə onu da edir. Bəzən elə öz əlimizlə. Və ya sapı özümüzdən olan baltalar vasitəsilə. Çalışıb hər bir baş verən hadisəyə, bir addım kənardan baxaq. Sonda isə bunu demək istəyirəm, istənilən hadisənin kim tərəfindən törədildiyini, bu hadisənin nəticəsindən kimin daha çox faydalandığı bəlli edir.

Elman Telmanoğlu


Comments


bottom of page