top of page

Gürcüstanda svanlar yenə azərbaycanlılara hücum edib




Dmanisidə 10 iyun tarixində baş vermiş kütləvi qarşıdurma ilə bağlı 4 nəfər saxlanılıb.


24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili işlər nazirliyi məlumat yayıb.


Nazirliyin məlumatına əsasən, hadisə ilə bağlı 1993-cü, 1999-cu, həmçinin keçmişdə məhkum olunan 1992-ci il və 1993-cü il təvəllüdlü şəxslər saxlanılıb.


İstintaq nətiəsində bəlli olub ki, saxlanılan şəxslər 10 iyun tarixində 1982-ci il təvəllədlü L.N və onunla birlikdə olan 1983-cü il təvəllüdlü E.N və 1984-cü il təvəllüdlü R.M-ya qarşı əvvəlcə sözlü, sonra isə fiziki təzyiq göstəriblər.


İstintaq cinayət məcəlləsinin 126-cı maddəsi əsasında aparılır. İttiham edilən şəxsləri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Dmanisi sakinlərinin xəbər portalımza verdiyi məlumata əsasən, hadisə svan əsilli eko-miqrantlar və azərbaycanlılar arasında baş verib. Sakinlərin sözlərinə görə, saxlanılan şəxslər svan əsilli eko-miqrantlardır.

Azadpress.az

bottom of page