top of page

Həbib Nurməhəmmədovun kəndi karantinə bağlandı


Rusiyanın MMA döyüşçü Həbib Nürməhəmmədovun doğulduğu yaşayış məntəqəsi – Dağıstanın Sildi kəndi tam karantinlə əlaqədar bağlanıb.


Azadpress.az xəbər verir ki, bu barədə kənd administrasiyasının rəhbəri, idmançının dayısı Abdurrəhman Abdurrəhmanov deyib.


Onun sözlərinə görə, kəndə giriş-çıxış artıq üç həftədir, mayın 1-dən bağlanıb. Bunun səbəbi yerli rayon mərkəzi Aqvalidə koronavirusa yoluxma hallarının artması olub.


Abdurrəhmanov həmçinin kənddə ərzağ təminatında fasilələrdən də şikayətlənib. “Sakinlər hələ ki ehtiyatlarından istifadə edirlər, amma ərzaq artıq sona çatır”, - o deyib. Azadpress.az

bottom of page