top of page

İran BMT-nin hesabatına etiraz edib


BMT katibliyinin hesabatı kənar qüvvələrin təsiri altında hazırlanıb və qərəzlidir.


Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir İranın ünvanına səsləndirilən iddiaları əsassız adlandırıb və bildirib ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” zavoduna raket zərbəsinin endirilməsində İranın heç bir iştirakı olmayıb. BMT-nin katibliyi araşdırmanı müstəqil şəkildə aparmayıb və buna görə də qərəzli hesabat təqdim edib.


AzərTAc xatırladır ki, 2019-cu ilin sentyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığındakı “Saudi Aramco” iri neftayırma zavoduna raket zərbəsi endirilmişdi. Nəticədə zavoda külli miqdarda zərər dəymişdi. Bu terror aktına görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərinə götürmüşdü. Buna baxmayaraq, ABŞ və Səudiyyə Ərəbistanı İranı ittiham edir. Uzun mübahisələrdən sonra terror aksiyasının araşdırılması tərəflərin razılığı ilə BMT-yə həvalə olunub. Azadpress.az

Comments


bottom of page