top of page

İranda koronavirus epidemiyası artacaq


İran Prezidenti Həsən Ruhaninin bütün vilayət rəhbərlərinə göstəriş verilib ki, kütləvi tədbirlər qadağan edilsin.

Azadpress.az xəbər verir ki, H.Ruhani İranda 35 milyon insanın koronavirusa yoluxmaq ehtimalının olduğunu bildirib.

Vilayətlərdə cümə namazı ilə yanaşı, müxtəlif konfranslar, idman tədbirləri və başqa kütləvi tədbirlər qəti qadağan edilib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sim Lari isə gündəlik mətbuat konfransında son 24 saat ərzində 209 nəfərin öldüyünü bildirib. Nəzərə çatdırıb ki, son sutka ərzində İranda 2 min 182 nəfər virusa yoluxub. Bununla da İranda yoluxanların ümumi sayı 273 min 656-a, ölənlərin sayı isə 14 min 188-ə çatıb.


Comments


bottom of page