Artıq səkkiz ildir ki, bu avtomobillər magistral yollarla yola salınır.
Azadpress.az 24News-a istinadən xəbər verir ki, bu sözləri “Leyborist partiyasının” lideri, Şalva Natelaşvili deyib.
Natelaşvili Ermənistana müxtəlif minataatanların Gürcüstan vasitəsi ilə keçməsi ilə bağlı fikirləri şərh edib: " İvanişvili rejimi isə Kremlin silahlarını Gürcüstan ərazisindən keçərək Gümrü bazasına keçirməsinə icazə verdiyi çoxdan məlum idi. Artıq səkkiz ildir ki, bu avtomobillər magistral yollarla yola salınır. Bizə xəyanət edən və bizə ən pis xain olan bir oliqarx rejimdən və anti-milli hökumətdən əlbəttə ki, hər şey gözləmək mümkündür", - deyə Şalva Natelaşvili bildirib.
Həmişəki ampluasında olan Natelaşvili Azərbaycanı işğalçı adlandırmağı da unutmayıb:
"Azərbaycanın hakimiyyəti də Vladimir Putin kimi ölkəmizin işğalçısıdır"
Comments