
Xalq artisti Emin Ağalarov “Jara” beynəlxalq festivalı barədə açıqlama yayıb.
Musavat.com xəbər verir ki, sənətçi festivalın tarixinin dəyişmədiyini, 29 iyul - 2 avqust tarixində reallaşacağını qeyd edib.
Tədbirin açılış günü ilin super hitləri səsləndiriləcək. 30 iyul tarixində 90-cu illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq.
İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq. 1 avqust tarixi beynəlxalq gün elan olunacaq.
Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.
O, sonda qeyd edib ki, əgər koronavirusla bağlı karantin davam etsə, festivalın tarixi dəyişdiriləcək.