Jurnalist Aqşin Babayev dünyasını dəyişdi


Jurnalist, yazıçı-dramaturq Aqşin Babayev vəfat edib.

Azadpress.az xəbər verir ki, bu barədə KİV-ə onun oğlu Gündüz Babayev məlumat verib.

Onun sözlərinə görə, atası bu gün səhər vəfat edib.


A. Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.

1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.