Kamran Əliyev şortik qalmaqalından danışdı: "Kişilərdə qəbuledilməzdir"



“Heç bir yerdə geyimlə bağlı dəqiq qadağa yoxdur”

Bunu “MediaPost”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev jurnalist Fərid Pərdəşünasın şortik geyindiyinə görə imtahana buraxılmaması barədə danışarkən deyib. O, bildirib ki, hətta adi restoranlar kommersiya təşkilatları olsa da, müəyyən geyim formaları var ki, buna görə insanlar içəri buraxılmır:

“Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən düzgün deyil. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq etdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın qısa paltar da geyinə bilər, şortik də. Heç kim heç nə deyə bilməz, bu onun haqqıdır. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinərək gəlməsi uyğun deyil. Bizdə kişilərin o formada geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bəlkə də hələ o dövr çatmayıb. Buna görə də kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz deyil. Ora gələn digər şəxslərin tələbi ilə əlaqəlidir”. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.