Kreml Paşinyana niyə dəstək vermədi



“Paşinyan Bakı ilə konfliktdə Kremlin dəstəyini ala bilməyəcək” - Rusiyanın nüfuzlu nəşri.


Srağagün - iyulun 17-də Minskdə Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclası keçirilib. Maraqlıdır ki, Azərbaycanla münaqişənin kəskinləşməsinə və işğalçı ölkədə koronovirusla bağlı vəziyyətin pisləşməsinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan da Belarusun paytaxtına gedərək tədbirə qatılıb.


Rusiyanın Gazeta.ru nəşri bu xüsusda məntiqli olaraq soruşur: “Niyə ölkəsi üçün belə kritik məqamda Paşinyan Minskə uçmağı zəruri sayıb?”


Qəzetin yazdığına görə, Paşinyanın Minskə səfəri bir çox müşahidəçilər üçün də gözlənilməz olub. Axı ötən ayın sonunda o, Moskvada mayın 9-dan təxirə salınmış Qələbə paradı üçün Rusiya paytaxtına uçmaqdan imtina etmişdi və bunun səbəbi kimi də ölkədə COVID-19 -la bağlı çətin vəziyyəti göstərmişdi. Ancaq o vaxtdan Ermənistanda koronovirusla bağlı situasiya yaxşılaşmaq əvəzinə, daha da pisləşib.


“Ermənistanda karantin avqustun ortalarına qədər uzadılıb. Eləcə də Azərbaycanla sərhəddə açıq münaqişə ali baş komandan kimi Paşinyanı ölkədə saxlamalı idi. Lakin o, Minskə getdi. Belə bir məntiqsiz addım, çox güman onunla əlaqədardır ki, Paşinyan Avrasiya Hökumətlərarası Şurasının fonunda Azərbaycanla toqquşma məsələsində Moskvanın daha fəal mövqe tutmasına nail olmaq istəyib”, – deyə, məqalədə qeyd olunur.


Müəllifərə görə, Ermənistan baş nazirinin Belarus paytaxtında tutduğu mövqe Nikol Paşinyan üçün kifayət qədər vərdişkar yanaşma sayıla bilər:

“Biz primitiv manevrlərdən danışırıq. Bir tərəfdən, Ermənistanın baş naziri Bakı ilə vəziyyətin dinc yolla tənzimlənməsinin zəruriliyindən danışdı, digər tərəfdən də o, ikitərəfli görüşlər çərçivəsində təmasda olduğu hər kəsə İrəvanın insident barədə öz “həqiqəti”ni çatdırdı. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.