Kremldə virus var-Hökumət üzvləri yoluxur


Rusiya lideri Vladimir Putinin mətbuat sözçüsü Dmitri Peskov ötən gün virusa yoluxduğu və müalicə aldığını açıqlayıb.

"MediaPost" xəbər verir ki, bu gün isə Peskovun həyat yoldaşı Tatyana Navka uşaqları ilə birgə karantinə alındığını açıqlayıb.

"Mən və uşaqlarımın vəziyyəti yaxşıdır. Biz virusu yüngül keçiririk, lakin həyat yoldaşım üçün bunu deyə bilmirəm. Onun vəziyyəti ağırdır. Düşünürəm ki, həyat yoldaşım və digər hökumət nümayəndələri virusa Kremldə yoluxublar", - o bildirib.

Xatıqladaq ki, ötən gün Rusiya Mədəniyyət naziri Olqa Lyubimova, Rusiyanın baş naziri Mixail Mişutsin, İnşaat naziri Vladimir Yakuşevdə COVID-19 aşkar olub. Mart ayında Rusiyada koronavirus xəstələri üçün açılan özəl xəstəxananın baş həkimi Denis Protsenko da virusa yoluxub. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.