top of page

Kuznetsov: Ermənistanda hamı bundan qorxur


Ermənistanda parlament seçkilərinə iki həftə qalmış hiss etdim ki, orada bütün siyasətçilər bir-birinə bənzəyir. Ölkənin inkişafı və perspektivlərinə dair bir işarə belə yoxdur. Yalnız total fikir böhranı və şüurun çöküşü var. Hər kəs ölkənin ölümü, ümidlər və ambisiyalar barədə bağırır, lakin heç kim gələcək üçün uyğun bir proqram təklif etməyə hazır deyil.

Axar.az xəbər verir ki, bunu məşhur rusiyalı tarixçi, ekspert Oleq Kuznetsov deyib.

“Səbəbləri aydındır və bu haqda əvvəllər az deməmişəm. “Üçüncü” Ermənistan Respublikası “miatsum” ideyasının reallaşması nəticəsində yaradıldı. Amma bu ideya ötən payızda Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, dərhal da ölkənin varlığının mənası itdi. İndi Ermənistanda çılğınlıqla “rus sualı”na cavab axtarılır: Kimdir müqəssir? Amma heç kim az məna kəsb etməyən ikinci rus sualı barədə fikirləşmək istəmir: Nə etməli? Ermənilər bir müddət qismən ruslaşdılar, amma bu onları heç bir şəkildə xilas etmir.

Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil. Bu da təəccüblü deyil, çünki ölkənin mövcud olduğu bütün illər ərzində intensiv şəkildə keçmişini qururdular. Buna görə də özləri üçün uydurduqları çoxəsrlik dövlətçilik tarixi boyunca ermənilər heç vaxt qabaqcadan düşünmək vərdişi yaratmayıblar. İndi isə onların zamanı ən azı bir il geri çəkmək istəklərini görürük. Bunu etmək mümkünsüzdür, amma İrəvanda çoxları bunu istəyir. Gələcəyə dair real baxış olmadığı zaman, bu mövzuda fikir müxtəlifliyi ola bilməz. “Üzlər silinir, rənglər solğun olur, istər insan olsun, istər kukla...” – Andrey Makareviç oxuyurdu. Bu, “Marionet” mahnısından olan sitat Ermənistandakı seçkiöncəsi əhval-ruhiyyəni əks etdirir, bütün siyasi və oliqarx elitaları hələ də keçmiş minilliyin böyüklüyünün xəyali fikirlərinin oyuncağı olaraq qalırlar.

İndi Ermənistanda hər kəs özünün və ölkənin gələcəyi haqda danşmaqdan qorxur”, - Kuznetsov bildirib.

Azadpress.az


Comments


bottom of page