top of page

Köçkünlər üçün binalar Qarabağda tikiləcək



Məcburi köçkünlər üçün yaşayış kompleksləri bundan sonra azad edilmiş ərazilərdə salınacaq - Sədr müavini


Məcburi köçkünlər üçün yeni qəsəbələr və yaşayış kompleksləri artıq bundan sonra işğaldan azad edilmiş ərazilərdə salınacaq.


Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O qeyd edib ki, məcburi köçkünlərin qayıdışı dövlətimiz tərəfindən ən yüksək səviyyədə təşkil olunacaq.


Hazırda məcburi köçkünlərin yaşadığı mənzillərin taleyinə gəlincə isə F.Hüseynov bildirib ki, həmin mənzillərlə bağlı məsələ ölkənin ali rəhbərliyinin qərarlarına uyğun olaraq icra olunacaq.



bottom of page