top of page

Laçınlılar Qarabağda döyüşmək istəyirlər



Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər.


Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.


Azadpress.az x'b'r verir ki, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınıb, igid döyüşçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.


İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi qeydiyyata alınıb.

Mənfur düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılıb, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq atdıqları bu addım yüksək qiymətləndirilib.


Laçınlılar Azərbaycan Ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan ediblər.

Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciətləri davam etməkdədir.

Azaspress.az

Comments


bottom of page