"Litva ilə iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyirik"


Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının videokonfrans formatında 6-cı iclası keçirilib.


Azadpress.az  İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib. Hökumətlərarası Komissiyanın həmsədri, nazir Mikayıl Cabbarov Azərbaycanın Litva ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin malik olduğu böyük iqtisadi potensialın əməkdaşlığın uğurlu inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb. İqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Qitanas Nauseda arasında bu ilin aprelində videokonfrans formatında keçirilmiş görüşdə geniş müzakirə edildiyi diqqətə çatdırılıb.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.