Livanlı ermənilərin Qarabağda məskunlaşması başlayır-Türkiyədən xəbərdarlıq


Serdar Ünsal

Livanlı ermənilərin Qarabağa köçürülməsi planlaşdırılır.


Azadpress.az xəbər verir ki,Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının Başqan yardımçısı Serdar Ünsal İşğal olunmuş Azərbayacan ərazilərinə və Dağlıq Qarabağa Livan ermənilərinin köçürülməsinın planlaşdırıldığını deyib.


O, Suriya ermənilərinin Qarabağa köçürülməsindən sonra Livanda baş verən partlayışın bir bəhanə olaraq, qanunsuz şəkildə Dağlıq Qarabağ bölgəsinə erməni ailələrinin yerləşdirilməsi üçün hərəkətə keçdiklərini bildirib.Daha öncə Suriyadakı qarışıqlıqdan istifadə edərək ermənilərin işğalı altındakı Dağlıq Qarabağa yerləşdirildiyini xəbər verən və etirazını bildirən Türkiyə Azərbaycan Dostluq Dərnəyi Federasiyası Başqan yardımçısı Serdar Unsal:

"İndi Livan Erməni İnqilab Federasiyasının gənclər birlikləri tərəfindən partlayışda ermənilərin zərər cəkdiklərini iddia edərək erməniləri Qarabağa yerləşdirəcək. Mütləq buna ən qısa müddətdə müdaxilə edilməlidir"

Beyrutda erməni məhəlləsi

Serdar Ünsal erməni nasistlərinin planlarını açıqlayıb:

“Ermənistan hökuməti beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı hərəkətlərini davam etdirir. Suriyadan sonra Livan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmağa çalışılır. Dağlıq Qarabağ separatçılarının nümayəndəsi Asot Gülyan bir neçə il əvvəl Livan Ermənistan İnqilabi Federasiyasının gənclər birliyi üzvlərinə müraciət eədərək erməniləri Dağlıq Qarabağda məskunlaşmağa dəvət edib. Livan erməniləri bu təklifi qəbul edərək Qarabağda məskunlaşıblar.

İndi isə ermənilər partlayışdan yararlanaraq Qarabağda qrup halında məskunlaşmaq niyyətindədirlər. Hədəf Qarabağda erməni əhalisini 300-500 minə çatdırmaqdır. . Ermənistan çirkin məqsədlərini humanist və dinc siyasət adı altında həyata keçirir, Livan və Suriyadan gətirilən erməniləri işğal olunmuş Dağlıq Qarabağda, həmçinin Kəlbəcər, Qubadlı və Laçın bölgələrlndə yerləşdirir.

Ən qısa müddətdə ATƏT, BMT, AB, ATƏT-in Minsk Qrupu Suriyalı ermənilərin bu işğalçılıq niyyəti ilə Azərbaycan türklərinə məxsus olan bu torpaqlarda məskunlaşmasını dayandırmalıdır. Azərbaycan dövləti məsələni BMT-yə çatdırmalıdır. ”

Livanlı erməni ailəsi Dağlıq Qarabağa yola salınır

O, qeyd edib ki,təcili olaraq Azərbaycan beynəlaxalq aləmə səslənməli və Silahlı Qüvvəlirini hazır vəziyyətə gətirməlidir:

"İşğal altındakı torpaqların geri alınması üçün hərəkətə keçməyin və Azərbaycan torpaqlarının işğalına görə susmamağın vaxtı gəldi. Unutmayaq ki, Çarizm və kommunist Rusiya xaricdən gələn erməniləri (Suriyadan və Livandan gətirdikləri və Qarabağa yerləşdirdikləri ermənilər kimi) iki yüz ildir vətənlərindən deportasiya edilən azərbaycanlıların yerinə Yerevanda və Zəngəzurda yerləşdirmişdilər. Türk vətəni İrəvan erməni torpağına çevrildi. Bu gün vəziyyət köhnə günlərə qayıdır. Azərbaycan otuz ildir davam edən bu erməni işğalını dayandırmasa, yaşadığı torpaq da təhlükə altındadır. Çünki başqa ölkələrdən gələn ermənilər, xarici güclər, PKK və onların əhali sayı gündən-günə artır. Bununla əlaqədar təcili olaraq tədbirlər görülməlidir, ATƏT, BMT, Aİ, ATƏT-in Minsk qrupuna xəbərdarlıq edilməli və Azərbaycan qüdrətli ordusu ilə işğal altındakı əraziləri geri almalıdır. "

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.