Liviya hökuməti qiyamçı Haftarı öldürmək istəyir


Liviyadakı münaqişə Xəlifə Haftar öldürüldükdən sonra sona çatacaq.

Axar.az xəbər verir ki, bu sözləri Liviya Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Kablavi deyib.

“Artıq NATO da qanuni hökumətin hansı olduğunu anladı. Türkiyə ilə sıx dialoq aparırıq. Türkiyənin PUA-ları olduqca uğurlu əməliyyatlar icra edir. Haftar ordusuna vurulan zərbələrlə bunun şahidi olduq. Liviyadakı müharibə Haftardan sonra bitəcək. O ya öldürülməli, ya da həbs edilməlidir”, - deyə sözçü bildirib.

Kablavi əlavə edib ki, Haftar məğlub olduğunu bildiyinə görə hücumları da artırıb.

Qeyd edək ki, NATO baş katibi Stoltenberq ötən gün Liviyanın qanuni hökumətinin başçısı Fayez Sərraca zəng edərək, dəstəyə hazır olduğunu açıqlayıb. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.