Los-Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq.
Azadpress.az xəbər verir ki, bu barədə iyulun 23-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
O qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb: “Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.
Comentários