top of page

Lotu Qulini öldürənin kimliyi məlum oldu


Kriminal aləmin lideri, Lotu Quli ləqəbli Nadir Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb.


Türkiyə mediası faktə təsdiqləyib.Tətiyi çəkən onun öz yaxınlığındakı adam, Xan ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.Sui-qəsdçinin yaralanması barədə məlumatlar var. Həmin məlumatlarda iddia olunur ki, yaralanmasına baxmayraq, Xan hadisə yerindən qaça bilib. Atışmada Nadir Səlifovun Türkiyə vətəndaşı olan qorumasının da həlak olduğu gələn məlumatlar arasındadır.


Türkiyə saytları Saat 4:30 radələrində (Bakı vaxtı) cinayət barədə məlumat yaydılar. Orada bəzi mühüm təfsilatlar var. Məlum olur ki, qatillə Quli bir yerdə Antalyanın Serik ilçəsindəki restoranlardan birində bərabər yemək yeyirmişlər. Qətli törədən hadisə yerindən qaçsa da, sonradan polis onu yaxalaya bilib.

Azərbaycan əsilli kriminal avtoritetlərin sui -qəsd nəticəsində öldürülməsi pis bir ənənə halını alıb. Bundan əvvəl də keçmiş SSRİ məkanında hökmü keçən bir neçə kriminal avtoritetlər sui – qəsdlərə qurban gediblər. Onlardan Sabirabadlı Hikməti (Hikmət Muxtarov), Rövşən Canıyevi ( Rövşən Lənkəranski), Otari Bədəlovu (Otar) və başqalarını göstərmək olar.

Qeyd edək ki, kriminal avtoritet obrazı keçmiş SSRİ məkanı üçün böyük bir gücdür. Azərbaycanlı kriminal avtoritetləri Rusiya xüsusi xidmət orqanlarının “ovladığı” da iddialar arasındadır.

bottom of page