top of page

Lotu Qulinin adamı azadlığa çıxır



Azərbaycanlı qanuni oğru azadlığa buraxılır.

Azadpress.az lenta.ru ya istinadən xəbər verir ki, Belarus Ali Məhkəməsi kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan azərbaycanlı qanuni oğru Rəşad İsmayılovun hökmdən verdiyi şikayətə baxıb.

Məlumata görə, yenii cəza təyin edilərkən məhkəmə onun çəkdiyi cəzanı yetərli hesab edib və “qanuni oğru”nu həbsdən 8 il 3 ay əvvəl azadlıqa buraxılması barədə qərar qəbul edib.

Kriminal avtoritet Lotu Quliyə yaxın olan Rəşad İsmayılov ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Ötən ilin iyulunda isə Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”nu 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

Azadpress.az

bottom of page