top of page

Müdafiə Nazirliyi deputat Vahid Əhmədova sərt cavab verdi


Mayın 31-də Milli Məclisin növbəti iclasında deputat Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.


Azadpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir", - nazirlikdən qeyd olunub.


Qeyd edək ki, bu gün MM-in iclasında deputat Vahid Əhmədov Müdafiə naziri və Baş Qərargah rəisini ana dilini bilməməkdə suçlayıb.

"Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı andiçmə ilə bağlı sual verdilər. Zakir Həsənov da, qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər", - V.Əhmədov deyib. Azadpress.az

コメント


bottom of page