top of page

Müdafiə Nazirliyi:"Güc tətbiq etmək hüququndan mütləq istifadə edəcəyik"


Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.


Azadpress.az xəbər verir ki,bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib.


Qeyd edilib ki, Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.

Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!

Comments


bottom of page