Müharibə Ermənistana və erməni xalqına ən az 38,4 milyard dollar ziyan vurub.
Bu barədə Ermənistanın Hərbi Sığorta Fondunun Himayəçilik Şurasının üzvü Mesrop Manukyan özünün Facebook səhifəsində yazıb.
“İnsan itkiləri 7 milyard dollar təşkil edir (buraya təxminən 4500 ölən və itkin düşmüş hərbçi, təxminən 5000 birinci qrup əlil, təxminən 6000 ikinci qrup əlil daxildir)"
Mesrop Manukyana görə bunun səbəbkarı baş nazir Nikol Paşinyandır.
"Hayastan Ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən ərazilərə təxminən 150 milyon dollar sərmayə qoymuşdu. Yalnız Şuşadə 15 milyon dollar dəyərində proqramlar həyata keçirilmişdi. Müdafiə sisteminə dəyən ziyan təqribən 2 milyard dollar, Sotk mədəninin itkisindən gələn ziyan təqribən 8 milyard dollar, bank sistemindəki zərər 1 milyard dollar, infrastruktura dəyən ziyan təxminən 2 milyard dollar, itirilmiş ərazilərdə su elektrik stansiyalarının dəyəri 600 dollar civarındadır milyon dollar və s. ”,- deyə Manukyan qeyd edib.
Comentarios