Məşhur ekologiya postu sökülür-Tıxac azalacaq?


“Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaq:

"Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”.


Qeyd edək ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.