Məleykə Abbaszadənin qızı vəfat edib


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.

Azadpress.az xəbər verir ki, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.


Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub.

O, 2016-cı ildən bu vəzifəni icra edib.

Daha əvvəl isə N. Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb.

N. Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.

Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.