top of page

Marneulidə "İşğala son!" aksiyası keçirilib



Gürcüstanın Marneuli rayonunda azərbaycanlılar dinc aksiya keçirir.


Azadpress.az xəbər verir ki, aksiyanı "Borçalı İrəli" İctimai Birliyi və Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası birgə təşkil edib.

İştirakçılar Ermənistanın Azərbaycana qarşı işğalı və hərbi təxribatlarına etiraz ifadə edirlər. Aksiyaçılar bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində törətdiyi silahlı qarşıdurma bölgədə sülhə ciddi təhdiddir.


Aksiyada Azərbaycan dövlətinə və Ordusuna dəstək, "Qarabağ Azərbaycandır!", "Hamımız İlqarıq" (şəhid İlqar Mirzəyev-red.) şüarları səsləndirilir. İştirakçılar Gürcüstan ərazilərinin işğal altında saxlanmasını da qınayırlar.

Azadpress.az

Comentarios


bottom of page