top of page

"Milli Şura" parçalandı


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev istefa verib.

Bu barədə E.Quliyev sosial şəbəkə hesabında bildirib.

“Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm”, – deyə, o vurğulayıb.

Eldəniz Quliyev bir müddət öncə Facebook səhifəsində cinsi azlıqları təhqir edən və aşağılayan statusla çıxış etmişdi. Statusunda o, həmçinin Real Partiyasının sədri İlqar Məmmədov barədə də təhqiramiz fikirlərə yer vermişdi. Virtual ictimaiyyətin bir qismi bununla bağlı E.Quliyevi kəskin tənqid etməkdədir.

Dünən isə E.Quliyevin statusu ətrafında baş verənlər Milli Şura rəhəbrliyinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirə zamanı Gültəkin Hacıbəyli və digərləri Eldəniz Quliyevin fikirlərinə haqq qazandıraraq, cinsi azlıqlar barədə təhqiramiz fikirlər səsləndiriblər.(report.az)

Comments


bottom of page