Moskva küçələri su altında qalıb



Azadpress.az xəbər verir ki, iyunun 20-də güclü külək və aramsız yağış nəticəsində Moskvada bir sıra küçələri su basıb, ağaclar aşıb, iki nəfər xəsarət alıb, 

Bir neçə  avtomobilə ciddi ziyan dəyib. Sutka ərzində ayyarımlıq normanın miqdarı qədər yağıntı düşüb. Küçələr selə qərq olub. 

Hazırda paytaxtın kommunal təsərrüfatı işçiləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Moskvadakı təbii fəlakətlərin fəsadlarını aradan qaldırır. musavat.com

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.