top of page

Moskvada milyonçular bunkerlərə köçür


Son aylar Rusiya varlıları imarət və bağlarının yerləşdikləri ərazidə “ailə bunkerləri” tikdirmək işinə girişiblər. Varlılar xeyli artan bu sifarişləri nüvə bombasından, qarətçilərdən, terrorçulardan və əlbəttə ki, koronavirusdan qorxduqları üçün verdiklərini iddia edirlər.


Azadpress.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Bunker-İnşaat” şirkətinin kommersiya direktoru Oleq Sazonov deyib. Kommersiya direktoru deyib ki, cəmiyyətdə zaman-zaman koronavirus kimi kütləvi həyəcanverici hadisələr baş verir. “İndi də bu dövrlərdən biridir.Çoxları pandemiyanın nəticələrindən sonra sosial iğtişaşların başlayacağından qorxurlar. Hamı məsələn, Amerikada baş verənləri gördü. Kasıblar təkcə supermarketlərə deyil, həm də bahalı kotteclərə hücum edirlər. Bu mənada şəhər ətrafında yerləşən villa və bağlar risk altındadır” deyə, o bildirib.

“Bunker-İnşaat” nüvə partlayışının dalğasına belə tab gətirə biləcək sığınacağı ən azı 10 milyon rubla tikir. Əlbəttə, hələ illər öncədə də bahalı beton örtüklər və güclü metal qapıları olan yeraltı otaqlar tikilirdi. O cümlədən, güllə keçirməyən şüşə-pəncərə də indi kifayət qədər populyardır. Bu cür təhlükəsizlik üçün qiymət daha ucuzdur- təxminən 5 milyon rubla anlaşmaq olar.

Bu cür təhlükəsizlik tədbirləri görən əsas müştərilər isə Rublyovka və digər elit yerlərdə yaşayanlardır.

Comments


bottom of page