MTRŞ 6 özəl telekanala 3 milyon maliyyə yardımı ayırdı


MTRŞ-nın iclası olub.

Azadpress.az MTRŞ-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat  vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:


1. “Lider TV və Radio Azərbaycan” MMC   - 500.000 manat

2. “Xəzər TV” MMC - 500.000 manat

3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat

4. “ARB 24” MMC - 500.000 manat

5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat

6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat

Azadpress.az APA.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.