top of page

Məktəb mübahisə “məkanıdır” yoxsa inkişaf?



Uzun illər məktəblərin real həyatdan uzaq olması, texnoloji inkişafdan geri qalması, sosial-iqtisadi dəyişikliklərə çevik reaksiya verə bilməməsi, Müəllimlərin verdiyi biliklərin musair olmaması, dünyanın əksər təhsil içtimaiyyətlərində əsas müzakirə və mübahisə mövzularıdır və bu proses 2020 ci ilin əvvəlinə kimi çox aktiv formada davam etdi. 2020 ci ilin gəlişi ilə bütün dünyada pandemiya gətirdiyi problemlərin fonunda bu mövzular ətrafında mübahisələr müəyyən qədər səngisədə, tədrisin məcburi olaraq distant formaya keçməsi ilə bağlı yeni mövzuda mübahisələrə start verildi: Distant təhsil yaxşıdır yoxsa ənənəvi təhsil?


Əgər distant təhsilin tətbiqi pandemiya ilə bağlı cəmiyyətlərdə ümümi təcridin fonunda həyata keçirilməsəydi, bəlkə bu təhsil forması daha fərqli və daha az müqavimətlə qarşılanardı. Amma reallıq ondan ibarətdir ki, 2020 ci ilə qədər məktəblərin bu və ya digər formada tənqid edənlər, “qəbul etdikləri bütün çatışmamazlıqlarla” məktəblərin açılmasını tələb etdilər. Məktəblərin və digər Təhsil Müəssisələrinin cəmiyyətdə nə dərəcədə əhəmiyyətli bir sosial institut olduğunu hamı hiss etdi. Məktəblər bu “tarixi şansı” və cəmiyyətdə özlərinə olan təlabatı düzgün qiymətləndirməyi bacarsalar, çox güman ki, “mübahisə məkanından” çox “inkişaf məkanına” sürətli bir addım ata bilərlər.

Fin təhsil sisteminin müəllifi və Harvard Universitetinin Professoru Pasi Salsberq qeyd edir ki, “biz təhsildə gedən dəyişikliklərə baxışımızı dəyişməliyik”. Onun fikrincə, İqtisadi Əməkdaşlıq və İnkişafı Təşkilatına üzv olan ölkələrdə aparılan müşahidələr onun görsədir ki, təhsil sistemlərinə çəkilən xərclərin artırılmasına baxmayaraq, bu ölkələrdə təhsilin keyfiyyəti aşağı düşür. Bunun səbəbini Salsberq onda görür ki, təhsildə gedən dəyişikliklər düzgün qiymətləndirilmir. Pasi Salsber qeyd edir ki, əgər dəyişikliklərin təşəbbüskarı və icraçısı məktəblərin özləri olmasa, aparılan islahatlar və dəyişikliklər effektiv olmayacaq. Bu fikirlərin davamına bir az sonra qayıdacayıq.

İslahatlarla bağlı digər bir maraqlı və diqqət edilməyən məqam ondan ibarətdir ki, bütün sahələrdə olan dəyişikliklərin və islahatların effektli alınması üçün həmin cəmiyyətdə “qanuna çevrilən” mədəni normaların böyük rolu var. Burada “mədəni normalar” cəmiyyətdə formalaşan dəyərlər, inanclar, peşakar ünsiyyət və münasibətlər kontekstində baxılır. Bu faktoru təsdiq edən çox maraqlı araşdırmalar var (Harvard Universitetinin Beynəlxalq və Regional Tədqiqatlar şöbəsi ameriakalı sosioloq Laurens Harrisonun başçılığa ilə mədəni faktorun ölkələrin inkişafında rolu, Robert Patnemin “Demokratiyanın işə düşməsi üçün” araşdırması).

Bu məsələni niyə qeyd etdik? Bildiyimiz kimi məktəblərlə bağlı mübahisə mövzularından biri repetitorluqla bağlıdır. Litva Respublikasında “Məktəb təkmilləşdirilməsi” mövzusunda təcrübə mübadiləsi proqramında iştirak edəndə, Litvalı kolleqalarımıza belə bir sual ünvanladıq: Sizin ölkədə repetitorluq institutu varmı? Onlar bildirdilər ki, hər bir ölkədə olduğu kimi, bizim ölkədə də repetitorluq var, amma Litvada yazılmayan və bizim cəmiyyətdə qəbul olunan belə bir qayda var ki, Litvada heç bir müəllim dərs dediyi şagirdə repetitorluq etmir. Əgər bizdə bu qayda tətbiq olunsa və buna əməl olunsa, bu mövzuda məktəblərlə bağlı nə qədər mübahisələrə son qoyular və repetitorluq istiqamətində “valideyn-müəllim iş birliyi”, şagirdin öz müəllimindən yaxşı qiymət alması üçün yox, şagirdin öyrənmək istədiyi sahə üzrə “bilik defisitini” aradan qaldırmağa yönələr. Bu misal ilə daha yaxşı nəticələr əldə etmək üçün baxışlarımızın və formalaşdıra biləcəyimiz mədəni dəyərlərin nə dərəcədə vacib olduğunu Sizə bildirmək istədik.

Distant təhsil ilə bağlı məktəb ətrafında gedən müzakirə və mübahisələrə gəldikdə isə ilk növbədə onu haqlı olaraq qeyd etməliyik ki, distant təhsilin tətbiq olunması dünyanın bütün ölkələrində müəyyən çıtinliklərlə müşahidə olundu. Bu gərginliyin fonunda, Azərbaycan Respublikasının Təhsil Nazirliyi çox qısa bir müddətdə baş verən məcburi dəyişikliyə adekvat reaksiya verə bildi və Təhsil Müəssisələri, Müəllimlərimiz, Şagirdlər, Tələbələr və Valideynlər təhsil sistemində stabilliyi qorumaq üçün böyük bir əməkdaşlıq göstərə bildilər. Zaman zaman tətbiq olunan yenilikləri bir yerdə öyrənməyə başladılar. Amma bu sahədə mübahisə mövzuları yenədə aktualdır. Distant təhsilin tətbiqi ilə bağlı yaranan gərginliyin səbəblərindən ən başlıcası distant təhsil forması üçün rəqamsal didaktikanın hazır olamamasıdır. Bunun nəticəsi olaraq, bir çox ölkələrdə olduğu kimi bizdə yeni distant təhsildə ənənəvi məktəbin “klonunun” formalaşmasına məcbur oluruq.

Eyni zamanda distant təhsilin tətbiqi bizim ənənəvi məktəbdə mövcud olan problemlərimizi işıqlandırdı. Biz motivasiyanın, peşakar ünsiyyətin, təcrübələrin bölüşməsinin, məktəb idarəedilməsinin təkmilləşməsinin, məktəbdə yeni struktur bölmələrin yaradılmasının (statistika və monitorinq), qiymətləndirmə meyarlarının dəyişdirilməsinin, məktəb icmalarının formalaşmasının nə qədər vacib olduğunu və bu sahədə kifayət qədər həll olunası məsələləri önə çıxardı. Eyni zamanda, distant təhsil məktəb kollektivlərinə öyrətdi ki, texnoloqiyadan və onun tətbiqindən qorxmaq lazım deyil. Robot heç vaxtı müəllimi əvəz edə bilməyəck. İnanırıq ki, bizim distant təhsil ilə bağlı bu müddətdə əldə etdiyimiz təcrübə daha müasir təhsil sisteminin qurulmasına yardımçı ola biləcək.

Qeyd etmək lazımdır ki, ənənəvi yoxsa distant təhsilin daha yaxşı olması istiqamətində o qədər mübahisələr aparıldı ki, biz Microsoft Teams platformasının üstünlüyündən tam istifadə edə bilmirik. Məsələn, bu müddətdə məktəb üzrə ümümi valideyn iclasları, ümümrayon pedaqoji şuraları, daha çox şagird və müəllimlərin iştirakı ilə açıq dərslərin keçirilməsi, ölkə üzrə təcrübəli müəllimlərin iştirakı ilə master klasların keçirilməsi, məktəblər arası əməkdaşlıq, fənlərarası inteqrasiyanın və bu isteqrasiyadan yeni biliklərin əldə olunması, yaxşı uğur hekayəsi olan insanlarla şagird və müəllimlərin Microsoft Teams üzərindən görüşlərin keçirilməsi və daha çoxlu ideyaların reallaşması mümkündür. Amma biz bu imkanları düzgün qiymətləndirə bilmirik. Bunları icra etmək üçün yəqin ki, içimizdə bir qorxu var. Bunları etməsək məktəb kollektivlərində müllimlərin peşakar tükənməsi baş verə bilər, bu isə ümümi tədrisin keyfiyyətinə təsir edən amildir. Sözsüz ki, bu imkanlar araşdırılacaq və təhsilin keyfiyyətinin artırılması üçün düzgün istiqamətləndiriləcək. Və bu işlər yeni məktəb modelinin və yeni məktəb icmasının formalaşmasına gətirəcək.

Söz verdiyimiz kimi Pasi Salsberqin pandemiyadan sonra təhsildə hansı dəyişiklər ola bilər sualına verdiyi cavabı Sizin diqqətinizə çatdırırıq. Salsberq qeyd edir ki, ilk növbədə biz məktəbdə “bilmək üçün öyrənirik” modelindən “tətbiq etmək üçün öyrənirik” modelinə keçməliyik. Onun fikrincə tədrisin məzmunun keyfiyyətinin artması və təhsildə gedən dəyişikliklər siyasətlə deyil, daha çox təhsil müəssislərində həyata keçirilə biləcək uğurlu ideyalara bağlıdır. Əldə etdiyimiz uğurlar daha çox məktəb daxili və məktəblər şəbəkəsində müəllimlərin peşakar əməkdaşlığından asılı olacaq. Məktəb və müəllimlər arasında, məktəblər arasında əməkdaşlıq üçün yeni şəraitlər yaranacaq, bu əməkdaşlıqdan düzgün istifadə edən məktəblər daha çox effektli və cəlbedici olacaqlar. Finlyandiya təcrübəsi göstərir ki, təhsil siteminin çevikliyi və dünayada gedən dəyişiklərə adekvat reaksiyası Müəllimlərin Peşakarlığından və onlara olan etimaddan daha çox asılıdır. Bu istiqamətdə məktəblər daha çox iş görməlidir.

Baxışlarımızı dəyişib, situasiyanı və imkanları düzgün qiymətləndirib, peşəkar ünsiyyətimizi və əməkdaşlığımızı yüksəltməklə biz daha çox iş görə bilərik. Qəbul etməliyik ki, müasir təhsil rəqabətlə deyil, əməkdaşlıqla inkişaf edə bilər.

Biz isə hər birimiz öz fəaliyyətimizlə məqalənin başlığında qoyulan suala cavab tapmalıyıq: Məktəb daha çox mübahisə “məkanıdır” yoxsa inkişaf?

Afər Kərimov

Təhsil siyasəti üzrə magistr


bottom of page