Alexey Navalny gecə xüsusi təyyarə ilə Almaniyaya aparılıb.
Gecə Alexey Navalny Omsk xəstəxanasından hava limanına gətirilərək oradan Almaniyaya yola salınıb. Bu zaman həyat yoldaşı da onun yanında olub. Bu barədə Alexey Navalny-nin mətbuat katibi Kira Yarmysh özünün tvitter hesabında məlumat və foto paylaşıb.
Bir müddət əvvəl Avropa Komissiyası Rusiyanı Aleksey Navalnının müalicəsinə dərhal icazə verməyə çağırıb.
Avropa İttifaqı Xarici İşlər Nazirliyinin nümayəndəsi Nabilla Massralinin bu müraciəti Reuters tərəfindən yayımlanıb.
"Ümid edirik ki, Rusiya hakimiyyəti cənab Navalny-nın ailəsinin istəklərinə uyğun olaraq tibbi yardım almaq üçün təhlükəsiz və tez xaricə daşınması üçün verdiyi vədlərə əməl edəcək" deyə o bildirib.
Cümə axşamı səhər saatlarında Navalny Tomskdan Moskvaya qayıdarkən təyyarədə özünü pis hiss edib. Bundan sonra sərnişin təyyarəsi Omskda təcili eniş edib. Navalny artıq Almaniyanın Şerite klinikasındadır.
Navalny komada reanimasiyaya aparılıb. Yaxınları və tərəfdaşalrı önun zəhərlənə biləcəyindən şübhələnirlər. Beləki Navalny təyyarəyyə minməzdən əvvəl hava limanında çay içib. Ehtimalar var ki, onun içdiyi çaya nəisə qatılıb.
Omsk xəstəxanasının baş həkimi son açıqlama verərək bildirib ki, xəstəyə ilkin diaqnoz kimi maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulub. Baş həkimin dediyinə görə, bu pozuntu qanda şəkərin səviyyəsinin hədsiz aşağı düşməsinə səbəb olub.
Azadpress.az
Comments