Neftçalanın sabiq icra başçısı yenidən məhkəmə qarşısına çıxarılıb


Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı Neftçala rayonunun sabiq başçısı hakim qarşısına çıxarılır.

Azadpress.az xəbər verir ki, sabiq icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatır. Bu səbəbdən onlar yenidən istintaq orqanının təqdimatı əsasında Səbail Rayon Məhkəməsinə gətiriliblər. Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılacağı gözlənilir.

Sabiq başçı ilə yanaşı digər vəzifəli şəxslər - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər. Qeyd edək ki, onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.