Deputat Oqtay Əsədov Milli Məclisin plenar iclasılarında üzrlü səbəbdən iştirak etmir.
Azadpress.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:
“Karantin rejimi olduğundan, Oqtay Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtay Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.
Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.
Kommentit