Hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya təcili səfərə gedərək, Rusiyadan Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliklə əlaqədar ona müvafiq səviyyədə yardım etməsini istəyib.
Azadpress.az Report-a istinadən xəbər verir ki, Paşinyan ATƏT və KTMT-dən heç bir yardım almadığı üçün çıxılmaz vəziyyətdə qalıb və Ermənistanın bu döyüşlərdə Azərbaycana biabırçılıqla uduzacağını başa düşdüyü üçün bu addımı atıb.
Ermənistanın uğursuzluğu bir daha göz qabağındadır. Belə ki, dünən də Ermənistanın NATO yanında daimi nümayəndəsi və hərbi nümayəndəsi təcili qaçaraq, NATO-nun hərbi komandanlığı ilə görüş keçirib. Bu görüşün də heç bir nəticəsi olmayıb.
Kommentare