top of page

Paşinyan istefa verir-Yeni seçkilər olacaq


Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.

Bu barədə o, Facebook səhifəsində yazıb.

“Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postunu yalnız xalqın qərarı ilə tərk edə bilərəm", - o açıqlayıb.

"Xalqın inamı yenidən bərpa olunacağı təqdirdə, bu çətin dövrlərdə də Ermənistan Respublikasının rəhbərliyini davam etdirməyə hazıram.

Bütün bu sualların cavabını almaq üçün yalnız bir yol var - xüsusi parlament seçkiləri keçirmək.

Parlamenti və parlamentdən kənar qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edirəm”.


Hazırda baş nazir postuna iddialı olan iki nəfər - Edmon Marukyan və Vazgen Manukayandır.

Edmon Marukyan Paşinyanın keçmiş silahdaşı olub. Onlar birlikdə qərbyönülmlü "Çıxış" hərəkatına rəhbərlik ediblər. O, hazırda parlammentdə partiyası ilə təmsil olunur.

Vazgen Manukyan isə 90-cı illərdə Ermənistanın baş naziri olub, millətçidir. Qeyd etmək lazımdır ki, Vazgen Manukyan Rusiya yönümlü elektorat tərəfindən dəstəklənir.

bottom of page