Millət vəkili və Real partiyasının üzvü Erkin Qədirli təlimlərə toplanış çağırışları zamanında bəzi vətəndaşların "pikap" tipli minik vasitələrinin polis tərəfindən yığılmasına fikir bildirib.
"Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur", Erkin Qədirli öz Facebook səhifəsində paylaşıb.
"Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). "Pikap" və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də".
Comments