Ötən gün Qəbələdə küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib. Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə sözügedən küçənin əvvəllər Milli Qəhrəman, general-mayor Həzi Aslanovun adını daşıması ilə bağlı məlumatlar yayılıb.
Bir generalın adına olan küçəyə başqa bir generalın adının verilməsi ilə bağlı məlumatlar insanlar arasında narahatlıq doğurub.
Məsələ ilə bağlı açıqlama verən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov sosial şəbəkələrdə və mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Polad Həşimovun adının verildiyi küçə Həzi Aslanov küçəsinin başlanğıcından götürülüb, Haqverdiyev küçəsinə qədər olan məsafəni əhatə edir. İnsanlar başa düşmədən yanlış, rəsmi olmayan məsələləri bu cür hallandırırlar. Bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək”.
Comments