top of page

Polad Həşimovun qatili Ermənistanın milli qəhrəmanı oldu


Kapitan Ruben Sanamyan

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Tovuz döyüşlərində seçilən hərbçiləri təltif edib.

Azadpress.az erməni mətbuatına istinadən xəbər verir ki, iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə şücaət göstərən 70-dən çox hərbçi medal və mükafatlarla təltif edilir. Bu haqda Paşinyan öz facebook səhifəsində də məlumat yayıb. O bildirib ki, döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən kapitan Ruben Sanamyana "Ermənistanın milli qəhrəmanı" adı verilməsi üçün prezidentə təqdimat yazıb.

Erməni mətbuatının yazdığına görə, kapitan Sanamyan Tovuz döyüşlərində Azərbaycan Ordusunun generalı Polad Həşimov və bir neçə zabiti qətlə yetirdiyi üçün belə yüksək ada layiq görülür.

Kapitan Ruben Sanamyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. Sanamyan göstərdiyi şücaətə görə Ermənistanın keçmiş prezidenti,hərbi cinayətkar Serj Sarqsyan tərəfindən ikinci dərəcəli döyüş ordeni ilə təltif edilmişdi. O zaman Sanamyan müqavilə əsasında çavuş rütbəsində qulluq edirdi. Keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan ona leytenant rütbəsini vermişdi. Azadpress.az



Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page