Prokurorluq "Watsapp"dakı yalan məlumatları araşdırır



Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib.


Azadpress.az xəbər verir ki,sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiya məhsulu yayılması faktları aşkarlanıb.


Bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Bildirilib ki, həqiqəti əks etdirməyən məlumatları ictimailəşdirən şəxslərə xəbərdarlıq edilib.



Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.